Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

“Oğlumun adını əbədiləşdirmək üçün bu addımı atdım” - Şəhid atası oğluna muzey tikir

17:15  |    06 İyun 2020  |   E-mail  |  Çapa göndər

Şəhid Paşazadə Orxanın atası Nazim Paşazadə oğlunun adını əbədiləşdirmək üçün öz həyətində muzey tikir.

Qazilər.az bildirir ki, bu haqda Moderator.az-a danışan şəhidimizin atası muzeydə oğluna məxsus əşya və fotoların yerləşdiriləcəyini bildirib:

“Öz yaxınlarımızla və şəhid oğlum Orxanın dostlarıyla qərara gəldik ki, həyətimdə onun muzeyini tikək. Artıq işə başlamışıq və bir-iki aya muzeyi tamamlayacağıq. İstəyirik ki, muzeydə Orxana məxsus foto və əşyalar olsun. Vətənsevər insanlar bir şəhid ailəsi kimi bizi ziyarət edirlər. Bununla yanaşı, istəyirik ki, məktəblilər də bizə gələndə Orxanın döyüş yolu haqqında məlumat ala bilsinlər. Muzeyi öz vəsaitimiz hesabına tikirik. Bu gün Qarabağ qazisi, ağsaqqal, daim şəhid ailələrinə baş çəkən, onların qayğısıyla maraqlanan Maşalla Əliyev növbəti dəfə bizə gəldi, söhbət etdik. O, da şəhidin muzeyinin tikilməsinin təqdirəlayiq olduğunu bildirdi”.

Qeyd edək ki, O.Paşazadə 1996-cı ildə Cəlilabad rayon Cəfərxanlı kəndində anadan olub. O, “Naxçıvan” Universitetinin ingilis dili fakültəsini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini baş vurmağa üç ay qalmış, bu il martın 5-də Qazax rayonu istiqamətində ermənilərlə sərhəddə şəhid olub. Orxan Paşazadə ölümündən sonra ölkə başçısı tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
“Komandir də yatarmı, ay oğul?!” - Polkovnik İlqar Mirzəyevin anası - VİDEO
15.07.2020
Şəhid gizirimiz Yaşar Babayev torpağa tapşırıldı - FOTO
14.07.2020
Düşmənin daha bir hərbi obyekti darmadağın edildi - VİDEO
14.07.2020
Sumqayıt sakinləri şəhid generalın yolunu gözləyir
14.07.2020
Şəhid generalın nəşi Qəbələdə - VİDEO - FOTOLAR