Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6951

Digər sorğular

“Valideynlərdə elə bir qorxu var ki, qız ailə qurmasa, başqa yola gedəcək...”

21:24  |    06 İyun 2020  |   E-mail  |  Çapa göndər

“Bizim cəmiyyətdə gender bölümü var, yəni oğlanlara nisbətdə qızlara fərqli münasibət sərgilənir”

Qazilər.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında psixoloq Vəfa Əkbər deyib. Psixoloq ailələrin dolayısı yolla övladlarını öz istədikləri adama ərə verməyə cəhd etdiklərini bildirib:

“Əslində belə savadlı və müqavimət göstərə bilməyən xeyli gənclərimiz var. Gender bölümünü desək, bu, qızlarda daha da çoxluq təşkil edir. Bizim cəmiyyətdə gender bölümü var, yəni oğlanlara nisbətdə qızlara fərqli münasibət sərgilənir. Ailə həyatı quranadək bu ailədən asılı olur. Hazırda deyərdim ki, ailələr iki hissəyə bölünür. Onlardan bir hissəsi həqiqətən insan psixologiyasını başa düşən, öz övladlarını anlayan, ikinci hissə isə belə görünüb, lakin öz fikirlərini övladlarının beyninə salmağa çalışan ailələrdir. Mən eyni insanlarla işləyərkən müşahidə edəndə görürəm ki, ailələr var qızına deyir ki, kimi istəyirsən ailə qur, sənə bir söz deyən yoxdur, amma ki, filankəs öz istəyi ilə ailə qurdu və peşman oldu. Bu “amma”dan sonra deyilən sözlər o qədər beyinə işləyir ki, qız çarəsiz qalır. O, uşağı da tərbiyə edən ailə üzvləri onun xahsiyyətini daha yaxşı bilir. Valideynlərdə elə bir qorxu var ki, qız ailə qurmasa, başqa yola gedəcək, sərbəst həyat yaşayacaq. Bu qorxuları boğmaq üçün valideynlər övladlarını “qurban” verirlər. Məsələ hansısa qızın savadlı olub olmamasında deyil, bu xarakterdir. Amma insanlar var ki, üsyankardılar. Sadəcə qız görünür ailəsinə qarşı gələ bilmədiyi üçün intihara cəhd edib. Təbii ki, intihar çıxış yolu deyil. Bununla bağlı psixoloqa müraciət edənlər də, etməyənlər də var”.

Qeyd edək ki, iki gün öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi 21 yaşlı Nağıyeva Günel Bəhram qızı sevmədiyi adama ərə verildiyi üçün intihar edib. O, özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
04.07.2020
Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif
03.07.2020
"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi
02.07.2020
Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu
02.07.2020
Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxub