Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Azərbaycanda insanlar koronavirusdan küçələrdə öləcək - Alimdən dəhşətli sözlər - VİDEO

19:02  |    06 İyun 2020  |   E-mail  |  Çapa göndər

Hər ötən gün koronavirus pandemiyasının corğafiyası böyüyür.

Təkcə son həftə ərzində ölkəmizdə yoluxma sayı hər gün yüzlərlə olub. Maraqlıdır, nədə səhv edirik? Nə üçün başqa ölkələrdə virusa yoluxanların sayı azaldığı halda, bizdə rəqəmlər yüksəlir?

Qazilər.az həkim-cərrah Adil Qeybullanın Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Koronavirus yeni yayıldığı ərəfədə bütün dünya şokda idi, onunla davranmağın yollarını heç alimlər və həkimlər də bilmirdilər. Hazırda vəziyyət necədir? Dəyişiklik varmı?

- İndi də durum elə də ürək açan deyil. İnfeksiya sönməyib, bəzi ölkələrdə infeksiya indi də var. İkinci dalğanın olması ilə bağlı fikirlər səslənir. Optimist olmağa əsas yoxdur. Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onlar bölünərək çoxalmır, öz surətlərini yaradırlar. Bu prosesdə mutasiyaya uğrayırlar. Kopya yaranan dövrdə virus hüceyrə daxilində olur. Hüceyrə daxilində müxtəlif dərman preparatları, yüksək temperatur və başqa təsirlər olur. Bunlar virus kopyasını yaradanda ona təsir edir və virus mutasiyaya uğrayır. Mustasiyaya uğramış virus ola bilər tam təsirsiz olsun. Adətən bu proses koronavirus kontegionozluğunu azalda bilir.

- Zaman keçdikcə koronavirusa yoluxmadan qorunmaq üçün hansı üsullar önə çıxır?

- Viruslarla mübarizədə tamamilə yeni texnologiyalar, metodikalar işlənib hazırlanmalıdır. Təcrübə göstərdi ki, bu, unudulmuş sahədir. Təsadüfü deyil ki, genetiklərdən biri belə bir açılqma vermişdi: "Ronaldo gəlsin, koronavirusu müalicə etsin". Yəni futbolçu bir oyunda bir neçə milyon pul qazanır, amma genetik 1800 avro maaş alır. İndi bu sahəni xüsusi inkişaf etdirmək lazımdır. Necə ikinci dünya müharibəsi zamanı atom silahı hazırlamaq uğrunda güclü yarış gedirdi, indi də belə olmalıdır. SSRİ və Amerika o zaman atom silahı yaratdı. Alimləri səfərbər edərək, ultimativ şəkildə onların qarşısında bu vəzifəni qoydular və həyata keçirdilər.

İndi də genetiklərin, mikrobioloqların, virusoloqların və digər mütəxəssislərin sosial müdafiəsini möhkəmləndirmək istiqamətində güclü tədbirlər görülməlidir. Yəqin ki, ABŞ mərkəzi ölkə olaraq, bunu daha çox nəzərə alacaq. Bu viruslarla mübarizədə tamamilə yeni texnologiyaları, yeni üsulları hazırlamaq lazımdır. Ona görə ki insanlar çoxalır, onlar faunanı, floranı sıxışdırır. İnsanlar virusun yayıcısı ehtimal olunan heyvanları, yarasaları istehlak edir. Təbiətlə insan arasında konfilikt yaranır. Digər tərəfdən də zamanında heyanlarda olan viruslar insanara keçir və buna "zoomotik", heyvani məşəli viruslar deyilir. Məsələn, QİÇS, koronavirus bu qəbildəndir. Bütün bunlar bir daha göstərir ki, gələcəkdə biz yeni surprizlərlə üz-üzə qala bilərik. Bu cür pandemiyalar, kütləvi insan tələfatının müşahidə oluna biləcəyi xüsusi təhlükəli infeksiyalar yayıla bilər. Bütün bunların olmaması üçün infeksion xəstəliklərlə, xüsusilə də viruslarla mübarizə ilə bağlı tamamilə yeni mahiyyətli konsepsiyalar işlənib hazırlanmalıdır. Düşünürəm ki, postpandemiya dövründə bu işlərə start veriləcək.

- İsrail, yaxud Yaponiya kimi ölkələrdə kütləvi yoluxma və ölüm halları olmadı. Bu hansı amillərlə izah olunur? Virusun müxtəlif ölkələrdə müxtəlif növlərinin yayılmasıyla, yoxsa virusla mübarizədə fərqli tədbirlərin görülməsi ilə?

- Həm İsraildə, həm Yaponiyada yoluxma və ölüm halları olsa da, çox aşağı səviyyədə müşahidə olundu. Yaponiyada koronavirus dövründə xüsusi qərargah, mübarizə üçün karantin rejimi kimi heç nə tətbiq olunmadı. Sosial həyat öz axarı ilə davam etdi. Bu, Yapon xalqının mentaliteti ilə bağlıdır. Sadəcə olaraq, yaponlar uzun müddətdir ki, bir-biri ilə əllə görüşmək, qucaqlaşmaq, öpüşmək kimi təmaslardan uzaqdırlar. Onlar xüsusi jestlərlə salamlaşırlar. Əgər kiminsə boğazı ağrayırsa, asqırırsa, yuxarı tənəffüs yollarında xəstəlik əlamətləri hiss edirsə, dərhal maska geyinir ki, başqalarını yoluxdurmasın. Bu artıq koronavirusdan xeyli öncə onlarda vərdişə çevrilib. Ona görə də onlarda nəinki bu xəstəlik, hətta qrip belə çox az müşahidə olunur. Onlar yuxarı tənəffüs yolu ilə yayılan infeksiyaların qarşısını almaq üçün xeyli tədbirlər görürlər. Yəqin ki, müəyyən tədbirlər də var ki, onların immunitet sisteminə təsiri haqqında açıqlama verilmir. Hesab edirəm ki, yapon təcrübəsi bir əsas olmalıdır. Yavaş-yavaş vərdişlər dəyişməlidir, buna adət etmək lazımdır. Məsələn, əvvəl 3 gün toy olurdu, indi bir gündür, amma heç nə dəyişməyib. Eyniylə burada da mütləq deyil ki, insanlar görüşdüyü zaman qucaqlaşsınlar. Müəyyən qədər təmasları azaltmaq lazımdır. Birmənalı bilmək lazımdır ki, xəstə insan yoluxucudur. Təkcə koronavirusa görə deyil, gələcəkdə soyuqdəyməsi olan, infeksiyaya yoluxan insanlar mütləq maska taxmalıdır. Biz bu pandemiyadan nəticələr çıxarmalıyıq. Yaponiyanın, İsrailin, İsveçrənin təcrübəsi bizim üçün əsas olmalıdır. Hesab edirəm ki, bu, mentalitet və intellektlə bağlıdır. Bizim insanlar situasiyanı görməzdən gəlirlər. Maska taxmırlar, şəhərin mərkəzi küçələrinə kütləvi axın edirlər. İnsanlar elə bilir belə bir şey yoxdur. Vəziyyət o həddə çatacaq ki, bir müddət əvvəl Çində olduğu kimi, insanlar küçədə yıxılıb öləcək, insan öz qohumuna, yaxud yaxınına yaxın gedə bilməyəcək. Bunları göz önünə almaq lazımdır.

- Son zamanlar Azərbaycanda yoluxma hallarının çoxalması sizcə, nəylə bağlıdı? Bəlkə biz karantin rejiminin tətbiqində tələsmişik? Çaya çatmamış çırmanmışıq, amma bizə virus indi gəlir...

- Düşünürəm ki, karantin rejimi gec-tez yumşalmalı idi. Karantin rejimi zamanı SMS icazələrin ləğvindən sonra insanlar rejimi pozdular. Bir-birinin evinə qonaq gedənlər, yollarda saysız-hesabsız maşınlar, evlərdə qonaqlıqlar, bayırda çay içmək və s. hamısı təmas deməkdir. Bunlar xeyli yoluxmalara səbəb oldu. Operativ Qərargah isə karantin rejimini yumşaltmazdan əvvəl təlimatlar hazırlamalı idi. Bu təlimatlarda istifadəsinə icazə verilən məkanlarda davranış qaydaları olmalı idi. Məsələn, 30 kvadratmetrlik ərazidə 10 insan ola bilər, 11-cinin daxil olmasına icazə olmaz. Məkana daxil olan şəxsin əlləri dezinfeksiya olunmalıdır. Amma mağazaya daxil oluruq, satıcı maskadan istifadə etmir, dezinfeksiya məhlulu yoxdur. İnsanlara sərt şəkildə bildirilməli idi ki, karantin maska taxılması, sosial məsafə saxlamaq və gigiyena tədbirlərinə əməl etmək şərti ilə yumşaldılır. Bunlara əməl etməyənlər cərimələnəcək. Təəssüf ki, bu qərarlar gec qəbul olunduğu üçün, indi insanlara bunu dedikdə, başqa reaksiyalar verilir. Bununla yanaşı, insanların davranışı və məsuliyyəti də əsasdır. Düşünürəm ki, Çində olduğu kimi sərt karantin tədbirləri ilk gündən tətbiq olunmalı idi. Əgər bu tədbirlər görülmürsə, yoluxma dinamikası varsa, əsas güc karantin davranışlarına verilməlidir.

- Siz Azərbaycan üçün bundan sonra hansı tədbirlərin görülməsini məqbul sayırsız? Yenidən karantin rejiminin sərtləşdirilməsnə tərəfdarsızmı?

- İndiki sərtləşdirmə əks-effekt verə bilər. İsti günlərdə insanları evdə saxlamaq çox çətin olacaq. Dövlətin özünün iqtisadi vəziyyəti var, obyektlər işləməlidir. Azərbaycan iqtisadiyyatı kövrək iqtisadiyyatdır. Amma karantin tədbirlərinin gücləndirilməsi şərtdir.

- Bütün dünyanın gözlədiyi koronavirusa qarşı peyvənd və onun müalicə üsullarının tapılması ilə bağlı dünyadakı son tədqiqatlar barədə nə deyə bilərsiz? Sizin mümkün proqnozunuz necədir?

- Vaksin aktiv immunizasiyadır. Antigellər bədənə yeridilir və bədən özü əks cisimlər hazırlayır. Məsələn, qripin bu gün vaksini varmı? Qrip hər il yeni simptomla ortaya çıxır. Zamanında 100 milyona yaxın insanın həyatına son qoyan, 2 il davam edən İspan qripi də var. Bəzən elə illər oldu ki, o qədər də intensiv keçməyən qrip epidemiyası gördük. Fərqli növləri olduğu üçün, onlara uyğun vaksin hazırlamaq mükün deyil. Əslində, hazırlanan vaksinlər kommersiya təyinatlıdır, onların elə bir effekti olmur. Bu günə qədər biz artıq 2000-dən çox növü olan qriplə mübarizə apara bilmirik. Eyni zamanda, "SPİD" ilə mübarizə apara bilirikmi? Yox. 30 milyon insan dünyasını dəyişib, 40 milyon insan bu xəstəliyin daşıyıcısıdır. İndiyədək də vaksini tapılmayıb. Hepatit-C-nin vaksini yoxdur. Xeyli problem var, insanlar bundan əziyyət çəkir. Biz hələ indiyədək vaksinasiya ilə bağlı ciddi problemlərlə üz-üzəyik. Təhlükəli hemoradik qızdırmalardan olan Denge-fiber qızdırması Afrikada yayılmışdı. Bu zaman vaksin hazırlandı, gördülər ki, vaksinasiya zamanı bədəndə əmələ gələn antitellər həmin virusun özü ilə birləşib, virusun hüceyrəyə daxil olmasını sürətləndirir. Buna antiteldən asılı güclənmə reaksiyası deyilir. Bu, parodoksal reaksiyadır. Ona görə də Denge qızdırmasının vaksinini hazırlamaq mükün olmadı. İnfeksiyanı başqa üsullarla lokallaşdıra bildilər. Koronavirusun effektiv vaksinasiyası və bununla yoxa çıxması illüuziyadır. Biz əlimizdə mümkün olan, əlçatan, etibarlı üsullardan istifadə etməliyik. Maska, sosial məsafə, əllərin tez-tez yuyulub, dezinfeksiya edilməsi lazımdır, vəssalam.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Xalq artistlərinə verilən 150 manatla dolanıram” – Bilal Əliyev
11.07.2020
Köməyə gələn rusiyalı baş infeksionist: “Azərbaycan həkimlərinin təcrübəsi azdır…”
09.07.2020
"Karantin rejimi ləğv olunmalıdır, bir şərtlə ki..." - Professor
02.07.2020
“Birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?” - Siyavuş Novruzov
29.06.2020
“Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - Gürcü tarixçi - MÜSAHİBƏ