Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Kaliforniyada polislərə boğucu üsulun təlimi dayandırıldı

20:08  |    06 İyun 2020  |   E-mail  |  Çapa göndər

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom polislərin boğma üsulu ilə yaxalama təlimini qurtarmaq barədə göstəriş verib.

"Report"un məlumatına görə, bu barədə “Associated Press” agentliyi bildirib.

"Biz polislərə boğucu fəndlər öyrədirik, hansılar ki, insan həyatını təhlükə altına qoyur", - mətbuat konfransında çıxış edən Nyusom deyib. O vurğulayıb ki, XXI əsrdə polis arsenalında belə fəndlərə yer yoxdur.

Agentliyin məlumatına görə, Nyusom Standartların hazırlanması və Polislərin Təlimi üzrə komissiyaya saxlanılan şəxsin ölümünə səbəb ola biləcək bu cür yaxalamanın tətbiqi üzrə məşqi öz proqramlarından çıxarmasına göstəriş verib.

Nyusom qeyd edib ki, kütləvi etirazlar zamanı polisin davranışını və güc tətbiqini nizama salan qanunların qəbuluna nail olmaq niyyətindədir.

"Nümayişçilər dinc şəkildə, saxlanılacaqlarından, onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrin tətbiq ediləcəyindən qorxmadan etiraz etmək hüququna malikdirlər. Etirazları nizama salan yanaşmanı standartlaşdırmaq lazımdır", - deyə o əlavə edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Papa səssizliyi pozdu: Acı çəkirəm...
12.07.2020
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12.07.2020
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
11.07.2020
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11.07.2020
ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır — “Həqiqəti gizlədirlər”