Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Ronaldu ilk milyarder futbolçu oldu

22:38  |    05 İyun 2020  |   E-mail  |  Çapa göndər


Portuqaliya millisinin və “Yuventus”un forvardı Kriştianu Ronaldu karyerasının 17 ilində müxtəlif klublardan qazandığı və sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə etdiyi gəlirlə ilk milyarder futbolçu olub.

“Forbes” xəbər verir ki, 35 yaşlı məşhur futbolçunun gəliri 1 milyard dolları keçib.

Əvvəl iki amerikalı - qolfçu Tayqer Vuds və boksçu Floyd Meyvezer buna müvəffəq olublar.

17 illik karyerası ərzində Ronaldu 650 milyon dolları klublardan - Lissabonun “Sportinq”, “Mançester Yunayted”, Madridin “Real” və Turinin “Juventus”, qalan hissəni isə sponsorlarla bağlanmış müqavilələr sayəsində əldə edib.

ABŞ-ın idman avadanlığı istehsalçısı “Nike” ilə bağlanmış müqaviləyə əsasən Ronaldu ildə 20 milyon dollar qazanır. 2016-cı ildə o, şirkətlə ömürlük müqavilə bağlayıb. Eyni zamanda, portuqaliyalı “Clear”, “Herbalife” və “Abbott” ilə əməkdaşlıq edir.

Ötən il Ronaldunun xalis mənfəəti 105 milyon dollar olub. “Forbes”in ən çox qazanan dünya məşhurları sıralamasında o, dördüncü yeri tutub. Ondan əvvəlki yerləri ABŞ-lı model və teleşou iştirakçısı Kayl Cenner (590 milyon dollar sərvətlə), ABŞ-lı reper və dizayner Kanye Uest (170 milyon dollar sərvətlə) və isveçrəli tennisçi Rocer Federer (106,3 milyon dollar sərvətlə) paylaşıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
09.07.2020
Azərbaycanlı olimpiya çempionu özünü belə formada saxlayır - VİDEO
06.07.2020
Azərbaycan idmançısı Ukraynada medal qazandı
06.07.2020
Azərbaycanlı dünya çempionu 22 yaşında vəfat etdi - FOTOLAR
02.07.2020
AFFA yeni hakimləri təsdiqlədi
30.06.2020
Olimpiya mükafatçısı yeni vəzifəyə təyin edilib