Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6951

Digər sorğular

Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO

19:38  |    04 İyun 2020  |   E-mail  |  Çapa göndər


Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qaziler.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.

Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
"Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin" - "Semaşko"nun həkimi
06.07.2020
AZAL yenidən sərnişinlərə müraciət etdi
06.07.2020
Azərbaycanda 2 polis zabiti koronavirsudan vəfat etdi
03.07.2020
Cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur - Baş infeksionist
02.07.2020
Tibb Universitetindən baş epidemioluqun açıqlamasına münasibət