Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur

17:34  |    03 İyun 2020  |   E-mail  |  Çapa göndər


Xüsusi xidmətləri olan və 46 təqvim günündən az olmayan əmək məzuniyyəti verilən işçilər sırasına ölkənin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin də aid edilməsi təklif olunur.

Qaziler.az-ın məlumatına görə, Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində bununla bağlı təklif əksini tapır.

Həmçinin təklifdə qeyd edilən işçilər sırasına başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş işçilərin də daxil edilməsi yer alıb.

Qeyd edək ki, Əmək Məcəlləsinin 120-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - VİDEO
11.07.2020
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
10.07.2020
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənildi
10.07.2020
Kapital Bankın dəstəyi ilə 68 şəhid ailəsi və Qarabağ əlillərinə mənzil verildi - FOTOLAR
09.07.2020
Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO