Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI

17:00  |    03 İyun 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanda tükürpədici hadisənin illər sonra təfərrüatı üzə çıxıb.

Qazilər.az xəbər verir ki, Ucar rayonu, Küçəkənd kəndi ərazisində özünü asaraq intihar edən gəncin telefonda intihardan əvvəl şok səs yazısı tapılıb. Hadisə ilə bağlı Oxu24.com saytına açıqlama verən Əfruz Umarova bildirib ki, oğlu Şəmistan Umarov 14.08.2018-ci il tarixində yaşadığı evin tövləsində özünü asaraq intihar edib. Qadının sözlərinə görə, oğlunun asılmış meyitini bibisi Xuraman tapıb.

“Oğlumun asılmış meyitini bibisi görüb. Artıq onu tapanda ölmüşdü. Sonra onun mobil telefonuna baxanda səs yazısını tapdıq. Səs yazısı intihardan bir neçə dəqiqə əvvəl qeydə alınıb. Oğlum orada onu intihar etməyə məcbur edən şəxslərin adını açıqlayıb.”

Əfruz Umarovanın sözlərinə görə, oğlu Şəmistan Nərgiz adlı qızla ailə həyatı qurub. Övladları doğulana qədər ailədə hər şey normal olub. Daha sonra söz-söhbətlər baş verdikdən sonra qız atası evinə gedib. “Gəlinimiz acıq edib atası evinə getmişdi. Oğlum da onun arxasınca getdi. Amma evə gəlməkdən imtina etdi gəlin. Bu hadisədən sonra gəlinin anası və qardaşları oğluma təyziq etməyə başladı. Ona hədə-qorxu gəlirdilər. Şəmistan bu hədə-qorxulardan bezdiyi üçün özünü asıb. Özünün yazdığı səs yazısında hər şeyi açıq deyib. Onun telefonundan “Salam, bu səsi yazıram ki, məni Hikmət, Minayə bir də Nəsib məcbur etdi ki, özümə qəsd edəm.Telefonu axtarıb səs yazımı tapsınlar. Anam, ailəm, uşağım sizi çox sevirəm. Hələlik... Məni məcbur edən bu insanlar oldu”.

Əfruz Umarovanın sözlərinə görə səs yazısında adı hallanan şəxslərdən Minayə oğlunun qayınanası, digər şəxslər isə onun qayınlarıdır. Qadın açıqlamasında bildirib ki, bu səs yazısının olmasına baxmayaraq adları hallanan şəxslər məsuliyyətə cəlb edilməyib. Ananın bu gün narahatlığı da məhz bununla bağlıdır: “Həmin adamlar indi də kiçik oğlumu ölümlə hədələyir. Qorxuram ki, ona da nəsə olar. Hədə-qorxularla bağlı dəfələrlə rəsmi şəkildə şikayət etmişəm. Amma heç bir nəticə yoxdur. Gəlib evimizdən qızımın əşyaların aparıblar. Xahiş edirəm ki, bununla bağlı tədbir görülsün.”

Oxu24.com istintaq materialları ilə tanış olub. Materiallardan məlum olur ki, iş müstəntiq, II dərəcəli hüquqşünas Elvin Teymurzadənin icraatında olub. İş üzrə təyin edilmiş məhkəmə-fofonskopik ekspertiziyasının qəraraına görə, 31.01.2019-cu il tarixli 758 nömrəli rəyində göstərir ki, qeyd olunan səs montaj deyil. Ekspertiza qərara gəlib ki, intihar edən şəxsdə yüngül dərəcəli əqli gerilik xəstəliyinin kəskinləşməsi prosesi baş verib. Bu səbəbdən də intihar edib. Bu səbəbdən də cinayət işinin başlanmasına xitam verilib. Qadın bu rəylə razı olmadığını bildirib.

“Mənim oğlum əqli cəhətdən qüsurlu olsaydı hərbi xidmətə gedə bilməzdi. O normal insan idi. İşləyirdi, sürücülük vəsiqəsi var idi. Mal-qoyun alveri ilə məşğul olurdu. Sizcə, əqli geriliyi olan şəxs bu işləri görə bilərmi? Bizdə o rəyin verilməsində müəyyən şübhələr var. Bununla bağlı cənab Baş prokuror Kamran Əliyevə də rəsmi müraciət etmişik. Ümid edirəm ki, cənab prokuror bu məsələyə ədalətli qərar verəcək. Mənim istəyim ailəmizə qarşı təyziqlərin dayandırılması və günahı olan şəxslərin cəzalandırılmasıdır.”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
13.07.2020
İlin sonunadək şəhid ailələrinə və əilliyi olan şəxslərə 1200 mənzil veriləcək - VİDEO
11.07.2020
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
10.07.2020
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənildi
10.07.2020
Kapital Bankın dəstəyi ilə 68 şəhid ailəsi və Qarabağ əlillərinə mənzil verildi - FOTOLAR
09.07.2020
Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO