Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi

14:08  |    31 May 2020  |   E-mail  |  Çapa göndər

“Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yol yoxdur”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Naxçıvanın Türkiyə ilə gediş-gəliş və iş məsələsi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. Üç ay ərzində onların gedib-qayıtması yalnız qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır.

Komitə sədri deyib ki, pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb: “Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar və iri ticarət mərkəzləri açılır. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
"Deyirdi, əsgərləri qoyub evə gələ bilmərəm" - Polad Həşimovun anası
15.07.2020
Cavid Paşayev iki gündür EKMO cihazına qoşulub
15.07.2020
General Polad Həşimovpolkovnik İlqar Mirzəyev dəfn olundu - FOTO
15.07.2020
Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı məlumat yaydı
15.07.2020
Müdafiə Nazirliyindən açıqlama - Cəbhədə son vəziyyət