Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

11:34  |    31 May 2020  |   E-mail  |  Çapa göndər

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi müsabiqəsində hansı namizədlərin iştirak edə bilməyəcəyini açıqlayıb.

Qazilər.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, müddətli əmək müqavilərinin daimiləşdirilməsi məqsədilə keçirilən müsabiqədə uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.

Lakin yerdəyişmə müsabiqəsində uğur qazanan müəllimlər cari ildə keçiriləcək işə qəbul müsabiqəsində iştirak edə bilərlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi müsabiqəsində iştirak üçün sənəd qəbulu 1-5 iyun tarixlərində aparılacaq.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.

İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmur. Bu müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçiriləcək.

Müsabiqədə iştirak edən müəllim diaqnostik qiymətləndirmə və ya işə qəbul imtahanı nəticəsi olduğu halda ikinci ixtisası üzrə iş yerini dəyişə bilər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
İyulun 10-da keçirilmiş imtahanların nəticələri açıqlanıb
14.07.2020
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər
11.07.2020
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11.07.2020
Baş Nazir təhsillə bağlı qərar verdi
09.07.2020
Azərbaycanda 1565 müəllim iş yerini dəyişib