Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Bərdədə ana və qızını ölümdən xilas edən polis bıçaqlandı - TƏFƏRRÜAT

22:00  |    30 May 2020  |   E-mail  |  Çapa göndər

Mayın 30-da saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gediblər.

Qazilər.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla Vüsaləni təqib edərək ona kürək nahiyəsindən qəsdən 3 dəfə vurub bədən xəsarətləri yetirib, daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

Elçin Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd), 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Elçin Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hadisədən dərhal sonra zərərçəkmiş şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılmış və onlara ilkin tibbi yardım göstərilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
"Gedin, sizi 10 min verdiyiniz müğənnilər müalicə eləsin" - "Semaşko"nun həkimi
06.07.2020
AZAL yenidən sərnişinlərə müraciət etdi
06.07.2020
Azərbaycanda 2 polis zabiti koronavirsudan vəfat etdi
03.07.2020
Cərimələrin ikiqat, beşqat olmasının elə bir önəmi yoxdur - Baş infeksionist
02.07.2020
Tibb Universitetindən baş epidemioluqun açıqlamasına münasibət