Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

“Tarqovı”dakı görüntülərlə bağlı təşkilatçıya qarşı cinayət işi açıldı

16:13  |    30 May 2020  |   E-mail  |  Çapa göndər

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

Qazilər.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən “Report”a verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.

Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb:

“Bir daha bildiririk ki, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, hazırkı vəziyyətdə hər kəs şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməlidir. Nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə olunmalı, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalıdır”.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
"Deyirdi, əsgərləri qoyub evə gələ bilmərəm" - Polad Həşimovun anası
15.07.2020
Cavid Paşayev iki gündür EKMO cihazına qoşulub
15.07.2020
General Polad Həşimovpolkovnik İlqar Mirzəyev dəfn olundu - FOTO
15.07.2020
Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı məlumat yaydı
15.07.2020
Müdafiə Nazirliyindən açıqlama - Cəbhədə son vəziyyət