Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Dünya üzrə hərbi xərclər azalacaq - SƏBƏB

10:42  |    30 May 2020  |   E-mail  |  Çapa göndər

2020-2021-ci illərdə dünyada silah alışı koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər fonunda azalacaq.

“Report” xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) direktoru Den Smit bəyan edib.

“2019-cu ildə qlobal hərbi xərclər 1,9 trilyon ABŞ dollarına qədər artıb. Bu, dünyada ən böyük illik artım idi. 2020-2021-ci illərdə hərbi xərclərin azalacağı gözlənilir. Azalmanın nə qədər olacağını indidən proqnozlaşdırmaq çətindir.

Ancaq hesab edirəm ki, bu təkcə pandemiyanın səbəb olduğu iqtisadi böhranla əlaqəli deyil, həm də hökumətlərin uzunmüddətli sosial və siyasi seçimlərindən də asılı olacaq.

Pandemiya ölkələrin böhran vəziyyətində birgə əməkdaşlıq edə biləcəyini göstərdi, böhran öz növbəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə təkan verməlidir”, o bildirib.

Qeyd edək ki, 2019-cu ildə qlobal hərbi xərclər 1,917 trilyon ABŞ dollarına qədər artıb.

ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi xərcləri olan ölkələrin “ilk beşliy”inə daxil olub. Onların payına qlobal hərbi xərclərin 62%-i düşür. İlk dəfə iki Asiya ölkəsi ən böyük hərbi xərclərə görə TOP-3 üzvü olub.

2019-cu ildə dünyanın hərbi xərcləri qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni və ya adambaşına 249 ABŞ dolları təşkil edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.07.2020
Neftin qiyməti 43 dolları ötdü
02.07.2020
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib
01.07.2020
Benzinin qiymətinin artması ölkənin yanacaq balansına təsir etməyəcək - TƏHLİL
01.07.2020
Dolların sabaha olan məzənnəsi
01.07.2020
Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi