Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb

18:58  |    29 May 2020  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı davam etdirilir.

Daha 100 mənzil bu kateqoriyadan olanlara təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınaraq təqdim olunan, hər biri müasir yaşayış şəraitinə malik mənzillərin 30-u şəhid ailələrinə, 70-i Qarabağ müharibəsi əlillərinə verilib.

Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək mənzillə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb. 2020-ci ildə həmin kateqoriyalara aid vətəndaşlara 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Mənzillə və fərdi evlə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı ilin sonuna 9 min 100-ə çatacaq.

Növbədə olan şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı yaxın iki il ərzində tam başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
10.07.2020
Bakı şəhəri üzrə iyul ayının pensiyaları ödənildi
10.07.2020
Kapital Bankın dəstəyi ilə 68 şəhid ailəsi və Qarabağ əlillərinə mənzil verildi - FOTOLAR
09.07.2020
Bərdə sakini şikayət etdi, Nazirlik hərəkətə keçdi - FOTO
09.07.2020
2 saatlıq SMS icazə ilə bağlı təklif: sutkada 2 və ya 3 dəfə...