Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb - VİDEO

16:45  |    29 May 2020  |   E-mail  |  Çapa göndər

Rusiyalı videoblogger İlya Varlamov müxtəlif şəhərlərdən reportajlar təqdim etməsi ilə tanınır. Onun növbəti belə videosu Ermənistanın paytaxtı İrəvan şəhərindən olub.

Qazilər.az xəbər verir ki, reportajda maraq çəkən məsələ isə Aqnessa adlı erməni memarın dedikləridir. Bəlkə də ilk dəfədir ki, Ermənistanın özündə kimsə açıq şəkildə İrəvanda əvvəllər ermənilərin yaşamadığını deyir və həqiqəti deməkdən çəkinmir. Videoda İrəvanın mərkəzi hissəsində çəkiliş zamanı memar ermənilərin əvvəllər bu şəhərə yalnız alış-veriş üçün gəlib getdiklərini, digər millətlərlə müqayisədə azlıq təşkil etdiklərini deyir.

Təəssüf ki, memar “digər” dedikdə azərbaycanlıların adını çəkmir. O, şəhərin sovet dövründə tamamilə yenidən erməni memar tərəfindən qurulduğunu deyir. Aydındır ki, burada söhbət İrəvanın xanlığına xas olan memarlıq nümunələrinin məhv edilib üzərində yeni şəhərin salınmasından gedir. Elə Varlamov da videosunda İrəvanın heç tarixi mərkəzinin olmamasına diqqət çəkir. Çünki bu tarixi mərkəz çoxdan dağıdılıb.

Xatırladaq ki, İrəvanın Ermənistana güzəşt edilməsindən 102 il keçir. 1918-ci il iyunun 4-də imzalanan müqaviləyə görə, Dağlıq Qarabağ iddialarından əl çəkmək qarşılığında İrəvan Ermənistana verilib.

Videodan həmin hissəni təqdim edirik:



AzərTAC
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.07.2020
Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif
03.07.2020
"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi
02.07.2020
Sumqayıt xəstəxanasının daha dörd işçisi koronavirusa yoluxdu
02.07.2020
Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxub
02.07.2020
102 yaşlı polisimizin 155 yaşlı atası - General Sadıq bəy Ağabəyzadə kimdir? - TARİX