Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı

16:16  |    29 May 2020  |   E-mail  |  Çapa göndər

Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.

Qazilər.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.

Vətəndaşlar qida məshullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər. Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.

Bununla vətəndaşlar karantin rejimi dövründə müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş olacaqlar.

Qayda pozuntuları barədə məlumatlar, məlumat verən şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Koronavirus (COVID-19) infeksiyasının profilaktikası və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Şəhid generalın anası: “Oğlum Vətənini canından əziz tutdu”
14.07.2020
Müşfiqabad qəsəbəsində orduya dəstək yürüşü keçirilib - FOTO - VİDEO
14.07.2020
Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
14.07.2020
“Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq” - Əli Kərimli
14.07.2020
Ermənilərə qan uddururdu - Şəhid generalımızın bioqrafiyası