Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Türkiyədə çimərlik mövsümü açılır - yeni qadağalar

14:12  |    29 May 2020  |   E-mail  |  Çapa göndər

Türkiyədə iyunun 1-dən parklar, kafelər, restoranlar, hovuzlar və çimərliklər rəsmi olaraq açılacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, fəaliyyətini bərpa edəcək həmin müəssisələr yeni qaydalarla işləyəcək.

Bildirilib ki, Konyaaltı rayonunda yerləşən, uzunluğu 6 km-dən çox olan Antalya çimərliyi 4 günlük komendant saatından sonra yeni şəraitdə fəaliyyətə başlayıb.

Məlumata görə, bir ailə doqquz kvadratmetrlik sahədə günəş çarpayıları quraşdıra biləcək. Hər turistdən sonra onun olduğu yer azı 20 dəqiqə boş qalmalı və dezinfeksiya edilməlidir. Turistlərə öz məhrabalarında günəş vannası qəbul etmək və istədikləri yerdə dincəlmək qadağan olunacaq. Bundan sonra çimərlikdə siqaret çəkmək qadağandır. Çünki xidmətçilərin səhhəti üçün siqaretlərin qalığını təmizləmək əlavə risk sayılır. Qəlyan çəkmək də qadağalar siyahısına düşüb.

İcazə verilmiş su idmanı məlum deyil. Ancaq dəniz gəzintisinə icazə veriləcək.

Türkiyədə antikoronavirus sertifikatlaşmasından keçən otellərin iyundan fəaliyyətə başlamasına icazə verilsə də, işə başlamaqla bağlı son sözü sahibkarlar deyəcək. Beynəlxalq hava reysləri mərhələli şəkildə bərpa olunacaq. Əvvəlcədən dərc edilən qrafika əsasən, Rusiyadan olan reyslər iyulun 15-dən qəbul ediləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Papa səssizliyi pozdu: Acı çəkirəm...
12.07.2020
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12.07.2020
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
11.07.2020
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11.07.2020
ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır — “Həqiqəti gizlədirlər”