Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb

23:13  |    28 May 2020  |   E-mail  |  Çapa göndər


28 May - Respublika Günü münasibətilə Latviyanın aparıcı “Riga 24” telekanalında videoreportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı və “CBC” televiziya kanalının müvafiq videosüjeti əsasında hazırlanmış reportajda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu və dünya demokratiya tarixinə töhfələri barədə geniş məlumat verilib.

Tarixi video və fotomateriallar əsasında hazırlanmış reportaj latış dilinə dublyaj edilib və kanalın “INFOLAIKS” (“Xəbər Vaxtı”) proqramında nümayiş olunub.

Qeyd edək ki, “Rīga 24” kanalı Latviyada sənədli diskussiya proqramları təqdim edən televiziya kanalıdır və kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Papa səssizliyi pozdu: Acı çəkirəm...
12.07.2020
Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12.07.2020
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
11.07.2020
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub
11.07.2020
ABŞ-a qaçan çinli virusoloq Çin və ÜST-ün sirlərini açır — “Həqiqəti gizlədirlər”