Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”

22:10  |    28 May 2020  |   E-mail  |  Çapa göndər


Natiq Miri: “Bu ölkədə qalmaq istəyən istənilən dövlət Türkiyə ilə razılaşmağa məcburdur”

Son vaxtlar Rusiyanın Liviyaya müasir döyüş təyyarələri göndərməsi ilə bağlı məlumatlar yayılmaqdadır.

Maraqlıdır, Rusiyanın Liviyada hərbi baxımdan möhkəmlənmək istəyi nədən xəbər verir? Rusiyanın Liviyadakı hərbi mövcudluğu yaxın gələcəkdə onun Türkiyə ilə üz-üzə gəlməsini şərtləndirə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Natiq Miri Türkiyənin Liviyadakı nüfuz və təsir imkanlarının digər dövlətlərdən daha böyük olduğuna diqqət çəkdi:

“Rusiyanın Liviyada hərbi baxımdan möhkəmlənmək istəməsi Kremlin regiondakı maraqları ilə əlaqəlidir. Xatirinizdədirsə, Medvedevin prezidentliyi dönəmində Qəddafinin hakimiyyətdən düşürülməsi prosesində Rusiya Liviyadan uzaqlaşdırılmışdı. Indi Rusiya yenidən Liviyaya qayıdır və üsyankar general Haftarı hərbi baxımdan dəstəkləməklə regiondakı, Aralıq dənizindəki maraqlarını təmin etmək istəyir. Biz bunu 2015-ci ilin sentyabrında Suriyaya hərbi müdaxilədə də gördük. Eyni proseslər bu gün Liviyaya münasibətdə baş verməkdədir.



Türkiyə və Rusiya bu günə qədər Liviyada böyük miqyasda olmasa da üz-üzə gəlib. Rusiyanın Vaqner qrupunun Türkiyə hərbi gücləri tərəfindən ciddi zərbələr aldığı da hər kəsə məlumdur. Rusiya paralel olaraq öz qırıcılarını Liviyaya göndərməklə, yaxud ən azından belə bir informasiya dövriyyəyə buraxmaqla Liviyadan vaz keçməyəcəyinin mesajını verir. Əslində bu qırıcı təyyarələrin göndərilməsi Türkiyə ilə bazarlığa getmək istəyi ilə bağlıdır. Çünki Türkiyə sadəcə Liviyanın legitim hökumətinə dəstək verməklə kifayətlənmir. Türkiyə bu gün bütün dünya ilə qarşı-qarşıya gəlib. General Haftar üsyançılarını Rusiya, Misir, Səudiyyə Ərəbisanı, BƏƏ, Avropa Birliyi, hətta ABŞ da ciddi şəkildə dəstəkləməkdədir. Bu gün Türkiyə Liviyada yalnız Rusiya muzdluları ilə deyil, eyni zamanda yuxarıdakı dövlətlərin maliyyə dəstəyi ilə üz-üzədir.



Rusiya Liviyada hərbi baxımdan güclənməyə cəhd etsə də, düşünmürəm ki, proseslər Moskvanın istədiyi kimi gedəcək. Bundan öncə də Rusiyanın hava hücumundan müdafiə sistemlərini Haftar üsyançılarına versə də, onlar Türkiyənin dronları tərəfindən nəinki zərərsizləşdirildi, hətta onların bir neçəsi ələ keçirildi. Bunlar rus hərbi maşınına ciddi zərbə oldu.

Bu gün Liviyada həlledici amil Sarrac hökuməti və onları dəstəkləyən Türkiyədir. Əgər kimsə, hansısa dövlət Liviyada öz varlığını sürdürmək istəyirsə, Türkiyə ilə razılaşmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Yəhudilərdən ölkəmizə dəstək: Yaşasın Azərbaycan ordusu!
14.07.2020
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır - VİDEO
14.07.2020
İran televiziyası Qarabağı "erməni torpağı" adlandırdı - VİDEO
14.07.2020
Ermənistanın iki yüksək rütbəli zabiti öldürüldü
14.07.2020
KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yaydı