Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO

15:53  |    28 May 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının (AzTV) "Telesəhər” proqramının qonağı olub.

Qazilər.az xəbər verir ki, o, sovet hakimiyyəti dövründə atası Azər Rəsulzadənin başına gətirilənlərdən, Bakıya gizli yollarla gedib-gəlməyindən danışıb.

Bildirib ki, atasına qarşı dəfələrlə təxribat törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub: "1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm”.

Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: "1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm”.

M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: "Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə, soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik”.

R.Rəsulzadənin xatirələrini daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
“Namaz qılıram, ibadətlə məşğulam” - İsmət Abbasov
12.07.2020
Azərbaycanda ilginc əməliyyatın təfərrüatı- İrandan narkotiki gətirən kimlər olub?
09.07.2020
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
04.07.2020
Prezident Yanında Əfv Komissiyasının üzvündən maraqlı təklif
03.07.2020
"Maska taxmayana müharibə iştirakçısı irad bildirəndə sözü kəsərli, keçərli olur" - Qarabağ qazisi