Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Xaçmazda hadisə: Polisdən yayınmaq üçün özünü yerə çırpıb öldürdü

12:39  |    28 May 2020  |   E-mail  |  Çapa göndər

Xaçmazda polis tərəfindən saxlanan zaman özünə xəsarət yetirən şəxs xəstəxanada ölüb.

Qazilər.az xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, mayın 27-də Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Mirəli Aydəmirovdan narkotik maddə götürülüb: "Saxlanılan şəxs polisdən yayınmaq məqsədilə saxlanılarkən özünü yerə çırpıb, baş və bədənini yerə vurub. Nəticədə M. Aydəmirov müxtəlif bədən xəsarətləri alıb. O, dərhal polis əməkdaşları tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Mirəli Aydəmirovun həyatını xilas etmək mümkün olmayıb".

E. Zahidov bildirib ki, hazırda faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
Qazaxda qadın ərini və qayınatasını bıçaqlayıb
07.07.2020
Ege Hospitalında ölmüş şəxsi ürək əməliyyatı etmək istədilər
07.07.2020
Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu
07.07.2020
Azərbaycanda koronavirusdan ölənlərin meyitləri: Xəstəxana dəhlizindən VİDEO
06.07.2020
Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb - YENİLƏNİB