Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Xaçmazda baş verən insidentlə bağlı cinayət işi başlanıldı

21:41  |    27 May 2020  |   E-mail  |  Çapa göndər


Xaçmaz rayonunda Vüsal Kərimovla Nəriman Yusifov arasında baş verən insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilib ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

V.Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müvafiq ekspertizalar təyin olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N.Yusifov xəstəxanaya yerləşdirilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.07.2020
Sabahın HAVA PROQNOZU
15.07.2020
Dövlət Xidməti könüllü cəbhəyə getmək istəyənlərə müraciət etdi
15.07.2020
“Milli Məclisin inzibati binasında dağıntılar törədilib” - Parlament rəsmisi
15.07.2020
Səid Dadaşbəyli azadlığa çıxdı
15.07.2020
Milli Məclisin binası qarşısında baş verənlərlə bağlı cinayət işi başlandı - RƏSMİ