Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6959

Digər sorğular

Azərbaycanda 21 nəfərin yoluxduğu kənddən yeni xəbər - VİDEO

13:49  |    27 May 2020  |   E-mail  |  Çapa göndər

Son günlər koronavirusa yoluxanların sayına görə mərkəzi Aran rayonları da ön sıralarda dayanır.

Qazilər.az Xəzər TV-yə istinadən xəbər verir ki, burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

İcra hakimiyyəti, polis şöbəsi, mərkəzi xəstəxana və gigiyena və epidemiologiya şöbəsinin əməkdaşları rayonun Sığırlı kəndində olublar. Şübhə doğuran şəxslərdən elə yerindəcə yaxma analizləri götürüblər.

Götürülən yaxmaların cavabı 21 nəfərdə pozitiv çıxıb. Onlar arasında 1 yaşlı uşaq da var.

Sığırlı kəndində insanların ən çox toplaşdıqları kafe və çayxanalar artıq bağlanıb.

Rayonda Sığırlı ilə yanaşı, digər kəndlərdə də yoluxma halları müşahidə olunub. Onlar arasında həkimlər də var. Nəzarətə götürülənlərin müalicəsi davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirib ki, ümumiyyətlə rayon ərazisində 67 nəfərdə virus aşkarlanıb. Onlardan 21-i sağalıb, 46 nəfərin müalicəsi isə davam etdirilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Şəhid generalın anası: “Oğlum Vətənini canından əziz tutdu”
14.07.2020
Müşfiqabad qəsəbəsində orduya dəstək yürüşü keçirilib - FOTO - VİDEO
14.07.2020
Azərbaycanda daha 543 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
14.07.2020
“Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq” - Əli Kərimli
14.07.2020
Ermənilərə qan uddururdu - Şəhid generalımızın bioqrafiyası