Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib

21:56  |    26 May 2020  |   E-mail  |  Çapa göndər


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Masallı rayonunda “Azərişıq” ASC-nin güllələnərək xəsarət alan əməkdaşları ilə bağlı məlumat yayıb.

TƏBİB-dən "Report"a bildirilib ki, hadisə zamanı xəsarət alanlardan ikisinə ambulator yardım göstərilib:

"Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. O, körpücük sümüyünün güllə yarası ilə əməliyyat olunub. Hazırda vəziyyəti stabildir", - məlumatda bildirilib.

*** 18:24

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

“Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
AzTV şəhidlərə görə konserti ləğv etdi
12.07.2020
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
12.07.2020
Azərbaycanda sabiq nazirin anası və həyat yoldaşı vəfat edib
12.07.2020
“Etibarlı mənbələrə istinad etməliyik”
12.07.2020
Hafiz Paşayevə ağır itki