Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6945

Digər sorğular

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını verdi — TƏFƏRRÜAT

17:37  |    26 May 2020  |   E-mail  |  Çapa göndər


Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının Azərbaycana qarşı iddiası ilə bağlı qərar çıxarıb.

Qazilər.az xəbər verir ki, mayın 26-da AİHM Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanın öldürülməsi faktı üzrə "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" iddiasına dair hökm verib. Makuçyanın və Minasyanın Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır. AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (həm Azərbaycan, həm də Macarıstan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib: “Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə əməl ediblər. Azərbaycan ərizəçilərə 15,143 funt strerlinq təzminat ödəməlidir”.

İşin materiallarına görə, Azərbaycanın işğal altında olan Cəbrayıl rayonunda anadan olmuş Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, milliyyətcə erməni olan Qurgen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib. O, Azərbaycanda əfv olunub. Həmin vaxt ölmüş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb. Nəticədə, AİHM-ə şikayət edilib. İddiaçı tərəf bildirib ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirib.
Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkməsi üçün məcburedici təminat almadan Macarıstanın Azərbaycan tərəfinin tələbini təmin etməsini Konvensiyanın 2-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Hayk Makuçyan Qurgen Markaryanın hüquqi nümayəndəsi, Samvel Minasyan isə qohumudur. Lakin 1958-ci il təvəllüdlü Minasyan sonradan öldüyünə görə iddianı onun əvəzinə dul arvadı və iki övladı davam etdirib.

Hit.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.07.2020
Millət vəkili koronavirusdan dünyasını dəyişən həkimin ailəsindən yazdı
06.07.2020
Prezident İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"
06.07.2020
İlham Əliyev: “Xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaq”
06.07.2020
Prezident və xanımı Xətai rayonunda modul tipli hospitalın açılışında - YENİLƏNİB - FOTO/VİDEO
06.07.2020
“Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib” - Ekspert