Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Çin bu ölkə ilə müharibəyə girəcək? - İDDİA

21:31  |    25 May 2020  |   E-mail  |  Çapa göndər


ABŞ-Çin münasibətləri koronavirus pandemiyası fonunda “soyuq müharibə” vəziyyətini xatırladır. Qarşılıqlı ittihamlar və təhdidlər davam etməkdədir.

Sonuncu dəfə ABŞ Çini COVİD-19 pandemiyasına qarşı vaksini oğurlamağa cəhddə ittiham etdi. Prezident Donald Trampın müşaviri Robert O'Brayn iddia edir ki, koronavirusa qarşı vaksini ilk ABŞ hazırlayacaq və istisna deyil ki, Pekin bu vaksini Vaşinqtondan oğurlamağa çalışa bilər. Çin Xarici İşlər Nazirliyi səviyyəsində bu iddiaları əsassız adlandırdı.

Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı politoloq Fyodor Lukyanov ABŞ-Çin münasibətlərinin siyasi manevrlərdən silahlı qarşıdurmaya doğru getdiyini hesab edir.

Onun fikrincə, Tayvan bu prosesdə əsas nöqtədir və ABŞ Çinlə Tayvan arasında silahlı toqquşmanı yarada bilər.

“Çin və ABŞ arasında ayrılma dövrü çoxdan başlayıb. Pandemiya sadəcə olaraq bu prosesi sürətləndirdi. Buna görə də müharibə ritorikasının kəskinləşməsini görürük. İndi səbəb hələki pandemiyadır, amma sonrakı dövrdə bunun müxtəlif səbəbləri ortaya çıxacaq. Mahiyyət isə eynidir - ABŞ və Çin kəskin mübarizə mərhələsinə keçir, hər şeydən öncə bu, ticarət-iqtisadi rəqabəti gücləndirəcək”, - deyə Lukyanov bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA
07.07.2020
Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu
07.07.2020
Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ