Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

Gürcüstanın Səhiyyə naziri: “Erməni həmkarımın açıqlaması arqumentlərdən məhrumdur”

18:16  |    25 May 2020  |   E-mail  |  Çapa göndər


“Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın açıqlaması arqumentlərdən məhrumdur. Onun fikirləri əsassızdır və bir sıra suallar yaradır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze deyib.

O bildirib ki, erməni həmkarı ilə əlaqə yaratmağı planlaşdırır.

“Biz pandemiya başladığı andan etibarən tez-tez telefonla əlaqə saxlayıb ölkələrimizdəki vəziyyətlə bağlı müqayisələr, məsləhətləşmələr aparmışıq. Əgər onun hər hansı bir sualı var idisə, kommunikasiya metodundan istifadə edə bilərdi və biz də onun bütün suallarını cavablandırardıq. Həmkarımın bu açıqlamanı verərkən nəyə əsaslanması bəzi şübhələr və suallar yaradır. Bunun təfərrüatını öyrənmək üçün onunla əlaqə qurmağı planlaşdırırıq”, - deyə Y. Tikaradze qeyd edib.

Xatırladaq ki, A. Torosyan iki gün öncəki çıxışında Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını, aparılan testlərin sürətli testlər olduğunu və keyfiyyətinin sual altında olduğunu deyib. O iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, xüsusilə də yük maşını sürücülərində COVID-19 virusuna çox sayda yoluxma halları müəyyən olunub. Erməni nazirin bəyanatı Gürcüstanda etirazla qarşılanıb və onun üzr istəməsi tələb edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA
07.07.2020
Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu
07.07.2020
Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ