Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6954

Digər sorğular

Qadın qonşusu Pənah Hüseynə hücum etdi

12:00  |    25 May 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanın keçmiş baş naziri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin başına iş gəlib.

Qaynarinfo xəbər verir ki, bu haqda journalist Əvəz Zeynallı məlumat yayıb. O, bildirib ki, P. Hüseyn təxribatla üzləşib. Belə ki, o ofis kimi istifadə etdiyi AXP qərargahında bir qonşu qadının təxribatı ilə üz-üzə qalıb: "Axşamçağı ofisə gələn Pənah Hüseynlə AĞ Partiyanın başqanı Tural Abbaslı özünü "qonşu" kimi təqdim edən bir qadının - belə demək mümkündürsə hücumuna məruz qalıblar.

Xeyli sual verən "qonşu" az keçməyib ki, Marqaret Tetçerdən, Pənah Hüseyngilin komandasının xalqı bu günlərə necə salmasından danışıb və əlavə edib ki, onlar burada nə işlə məşğul olurlar, niyə buraya 100-lərlə adam gəlir?

9 aydır AXP-nin qərargahı kimi istifadə olunan ofisə isə heç bir zaman bu sayda adam gəlməyib və heç bir zaman kimsə etiraz etməyib. Məsələnin rənginin siyasi çalarlı olduğunu düşünən siyasi partiya rəhbərləri dərhal 102-yə məlumat veriblər və polis bir müddətdən sonra əlaqə saxlayaraq səhər (bu gün) Pənah Hüseyni 5-ci bölməyə dəvət edib. O ayrı məsələdir ki, Vilayət Eyvazov polisin 102 xidmətinə zəng edən vətəndaşı bölməyə çağırma səlahiyyətinin olmadığı haqqında sərəncam verib.

Maraqlıdır, ölkədə doğrudan da nələr baş verir? Həm Pənah Hüseyn, həm də Tural Abbaslı prezident İlham Əliyevin də dəstəklədiyi dialoq mühitinin içində yer alırlar. Onlar Ədalət Vəliyevlə görüşüblər və ölkədə siyasi qüvvələr arasında dialoq olması üçün ilkin söhbətlər aparıblar. İndi ortaya çıxan bu "qonşu" qadın isə görünür ki, kimlərsə tərəfindən öyrədilib? Sual yaranır - kimlər?!”.

Məsələ ilə bağlı P. Hüseyn də açıqlama yayıb. O, bildirib ki, başqa şəraitdə olsaydı buna fikir verməmək də, rəsmiləşdirməmək də olardı. "Ancaq arada burdan sədri olduğum siyasi partiyanın ofisi kimi də istifadə edirəm, iki gün əvvəl də burda 9 siyasi partiya sədrinin toplantısı barədə məlumat KİV- də getmişdi...

Gecə saat 11 civarında iki nəfərlə səs-səmirsiz qapını açıb otağına girmək istəyirsən, bir qadın, yanında da bir iki nəfər səni saxlayır, sonra da həyətə çıxıb qışqırıq salır ki, burda içki məclisləri düzəldilir. Hamı bilir ki, mən ümumiyyətlə heç vaxt spirtli icki içmirəm, üstəlik Ramazandır bu gün də Ramazan Bayramıdır.

Qadın Tural Abbaslını ona və yanındakılara fiziki hücumda ittiham edir və keçir "siyasətə”...

Elə ifadələr işlədir ki, təhrik edir sən də cavab verəsən. İstər-istəməz, ola bilsin təşkil olunmuş bir fitnəkarlığın yaşandığı təəssüratı yaratdı və mənim 102- yə müraciətimin də səbəbi bu olub.

Ümumiyətlə isə biz belə şeylərlə çox rastlaşmışıq və narahat olanlara təşəkkür edərək işimizə davam edirik deyirəm. Mən həmişə çalışmışam ki, olduğum yerdə fəaliyyətimizdən kimsəyə rahatsızlıq gəlməsin, olmasın, olmayıb və bundan sonra da olmaz. "İnsident”i isə aydınlaşdırarıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
12.07.2020
Gəncədə yağan güclü yağışın fəsadları aradan qaldırılır
12.07.2020
Gəncədə leysan yağıb, yaşayış evlərini, həyətyanı sahələri su basıb - FOTO
11.07.2020
Bakıda bloqer dövlətdən verilən 190 manat pul ilə aldığı qarpızları təpiklədi - VİDEO
11.07.2020
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
10.07.2020
XİN-in Konsulluq İdarəsinin rəisi saxlanıldı