Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6947

Digər sorğular

İranda zəlzələ zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB - 2

20:43  |    24 May 2020  |   E-mail  |  Çapa göndər


İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 16-ya çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təcili Yardım Xidməti məlumat yayıb.

"Bir nəfərə yerindəcə tibbi yardım göstərilib, daha 15 nəfər tibb mərkəzlərinə göndərilib", - deyə tibbi yardımın saytında bildirilir. Xidmət qeyd edib ki, bütün xəsarət alanlar zəlzələ zamanı qorxub qaçarkən xəsarət alıblar.

Qeyd edək ki, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

***17:37

İran İslam Respublikasının cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “İSNA” agentliyinə açıqlamasında Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Valipur bildirib.

Onun sözlərinə görə, həmin şəxslər zəlzələ zamanı qaçarkən xəsarət alıblar.

Öz növbəsində ölkənin təcili yardım xidməti bildirib ki, xilasetmə xidmətləri zəlzələ nəticəsində kənd və qəsəbələrə dəyən zərərləri hesablayır. Lakin xidmət zərərçəkənlər barədə məlumat verməyib.

14:10***

İranda növbəti dəfə zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, 5,2 maqnitudalı zəlzələ İranın cənub-qərbində, yerli vaxtla saat 13:41-də (Bakı vaxtı ilə 13:11) qeydə alınıb.

Zəlzələnin episentri Kohgiluyə və Boyer-Əhməd ostanının Dogünbədan şəhərindən 14 kilometr məsafədə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.07.2020
Lukaşenko müsahibəyə ayaqqabısız gəldi - VİDEO
07.07.2020
Braziliya Prezidenti koronavirusa yoluxub
07.07.2020
"24 saata öldürür" - ÜST-dən Çində yayılan xəstəliklə bağlı AÇIQLAMA
07.07.2020
Türkiyə parlamentinə sədr seçkisinin nəticəsi məlum oldu
07.07.2020
Yaxın illərdə yeni koronavirus yayılacaq - XƏBƏRDARLIQ