Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6960

Digər sorğular

Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib

16:42  |    24 May 2020  |   E-mail  |  Çapa göndər


Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Report” xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Gününün ildönümü münasibətilə Sizə və bütün dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmağa çox məmnunam.

Azərbaycan Respublikası ilə əməkdaşlıq Tacikistan Respublikasının xarici siyasət kursunda mühüm yer tutur.

Biz Tacikistanla Azərbaycan arasında dostluq və çoxplanlı əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndiririk. Xalqlarımız arasında tarixən yaranmış səmimi əlaqələr bu münasibətlərin etibarlı əsasıdır.

Əminəm ki, biz birgə səylərimizlə həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar məkanında səmərəli qarşılıqlı fəaliyyətimizin bundan sonra da dinamik inkişafını təmin edə biləcəyik.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə bol uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.07.2020
Türkiyə Prezidenti: “Bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik”
14.07.2020
Ukrayna səfiri Ermənistan XİN-ə dəvət edilib
14.07.2020
XİN: “Moldova münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”
14.07.2020
Türkiyənin Müdafiə naziri: “Azərbaycanlı qardaşlarımıza dəstəyimizi davam etdirəcəyik”
13.07.2020
Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı narahatlığını ifadə edib