Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6941

Digər sorğular

Türkiyə uyğurları Çinə təhvil verir? - ABŞ-ın iddiasına sərt reaksiya

17:55  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

ABŞ senatorlarının Türkiyənin uyğur türklərini Çinə təhvil verdiyi haqda iddialarına Ankaranın Vaşinqtondakı səfiri Sərdar Kılıc cavab verib.

Qazilər.az xəbər verir ki, ABŞ-da Axios adlı sayt Türkiyənin ona sığınan uyğur türklərini Çinə təhvil verməsi, bu istiqamətdə Pekinlə əməkdaşlıq etdiyini iddia edib.

Səfir Sərdar Kılıc ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Сim Riş və senator Edvard Marka məlum iddialarla əlaqədar məktub yazıb.

Səfir məktubunda qeyd edib ki, Türkiyədə olan uyğur türklərinin üçüncü ölkəyə deportasiya edilməsinə dair ittihamlar uydurmadır və həqiqəti əks etdirmir.

Uyğur türkləri daxil olmaqla Türkiyəyə sığınan milyonlarla miqrantın ölkədə sülh və əmin-amanlıq içində yaşadığını qeyd edən səfir bəyan edib ki, Türkiyəyə qaçan uyğurların deportasiya edilməsi çürük düşüncədir: “Bu səbbədən də belə əsassız və pis niyyətli iddiaların arxasınca getmək utancverici olacaq”.

Ölkəsinin bu mövzuda mövqeyini açıqlayan diplomat bildirib ki, Türkiyə uyğur türkləri ilə ortaq dil, din və mədəniyyəti paylaşır: “Bu məsələdə beynəlxalq səviyyədə oraya konkret mövqe qoyulub. Türkiyə uyğur türklərinin təməl insan haqlarının qrant altına alınmasını, bu haqlara hörmət edilməsi və mədəni kimliklərinin qorunmasını gözlədiyini bəyan edib”.

Teleqraf.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ermənistan müharibəyə hazırlaşır? - FOTO
03.07.2020
Dünyada virusa yoluxanlar artıb, ölüm halları bir qədər azalıb - Sutkalıq STATİSTİKA
02.07.2020
Rusiya koronavirus dərmanının ixracına başladı
02.07.2020
Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib
02.07.2020
Nursultan Nazarbayev koronavirusdan sağaldı