Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

“Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb”

21:15  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

“Beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.

“Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk Qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı.

Sonra “Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət belə getmir” bəyanatı ilə danışıqların fatihəsini oxudu.

Və nəhayət, Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu “mərhum” danışıqların “ehsanını” da verdi.

Elmar Məmmədyarov isə, Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək, kişi kimi dirənib hamının üzünə ki: “O, ölməyib! O, sizin üçün ölüb, bizim üçün ölməyib!...”

Yuxarıdakı fikirləri tanınmış politoloq, Azərbaycan prezidentinin sabiq köməkçisi Eldar Namazov özünün “Facebook” səhifəsində paylaşıb.

Kifayət qədər emosionallıq hiss edilən statusla bağlı və mayın 21-də Şuşada baş verən rüsvayçı “andiçmə” hadisəsi ilə əlaqədar Moderator.az son dövrlərdə mediada fikirlərinə az-az rast gəlinən Eldar Namazovun münasibətini öyrənib.

Politoloq saytımıza açıqlamasında, nəhayət, Azərbaycanın bu istiqamətdə atmalı olduğu konkret diplomatik addımlardan bəhs edib və əlavə edib ki, sözügedən statusu da bu baxımdan paylaşıb:

“Mən bu mövzuda şox sayda müsahibələr vermişəm, hamsını bir daha təkrarlamaq istəmirəm, oxucuların da yadına salmaq istəyirəm ki, uzun müddətdir mən Dağlıq Qarabağla bağlı yeni yanaşmanı və yeni strategiyanı təklif edirəm. O cümlədən, yeni diplomatik yanaşmanı – hücum diplomatiyasını seçmək və ordu işləri ilə, diplomatiya və informasiya fəaliyyəti ilə bağlı vahid strategiya ilə düşməni yerində oturtmaq və torpaqları azad etmək yolunu təkilf edirəm.

Təəssüflər olsun ki, bu prosesdə biz dəyişikliklər görmədik və gəldiyimiz nəticə də göz önündədir. Həmin müsahibələrdə də mən qeyd edirdim ki, biz diplomatlardan torpaqların azad edilməsini gözləmirik, bu, bizim Ordumuzun çiyninə düşən bir vəzifədir. Mən dəfələrlə bunu təkrar etmişəm ki, Dağlıq Qarabağ probleminin həllində əsas sözü diplomatiyamız yox, Ordumuz deyəcək.

Diplomatiyanın da əsas məqsədi dünya ictimaiyyətinə bu müharibənin yenidən başlanmasının əsas günahkarının kim olduğunu sübut etməkdir. Azərbaycan diplomatiyası elə işləməlidir ki, dünya ictimaiyyəti üçün tam aydın olsun ki, Azərbaycanın müharibə etmək, güc tətbiq etməkdən başqa yolu qalmayıb.

Bizim diplomatiyamız buna yönəlmək istəyir, ancaq hər bir pis hadisənin iki üzü olur. Ermənilər bu son hərəkətləri ilə faktiki olaraq Azərbaycan diplomatiyasının çiyninə düşən vəzifələri özləri yerinə yetirdilər və bütün dünyaya göstərdilər ki, həqiqətən də Azərbaycanın güc tətbiq edərək öz torpaqlarını azad etməkdən başqa çıxış yolu qalmayıb.

Və beynəlxalq ictimaiyyətə bu fikri Azərbaycan diplomatiyası yox, ən çox Paşinyan çatdırdı”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
İlham Əliyevin telefon söhbətində verilən iki mesaj... - TƏHLİL
14.08.2020
“BƏƏ-dəki səfirimiz geri çağırıla bilər” - Ərdoğandan açıqlama
13.08.2020
İlham Əliyev Putinlə Ermənistana daşınan silahlar haqda danışdı - Aydınlaşdırılsın
12.08.2020
"Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni Ermənistanı tərk edir"
11.08.2020
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO