Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Ermənilər İsrailin Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyasına başlayıblar - FOTO

17:22  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı qarayaxma kampaniyasına başlayıb.

“Report” xəbər verir ki, komitənin “Twitter” səhifəsində səfirlə bağlı təxribat xarakterli məlumatlar yayılıb.

Komitə üzvləri, ABŞ-dakı erməni lobbisinin fəalları və onları dəstəkləyənlər isə paylaşımın altında C.Diki təhqir edən şərhlər yazırlar.

Ermənilərin qarayaxma kampaniyasına başlamasına C.Dikin “Twitter”də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazması səbəb olub. İsrailli diplomat yazıb: “Mənim dostum səfir Elin Süleymanov İsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”.

İsrailin 36 yaşlı diplomatının bu sözləri amerikalı ermənilərin qəzəbinə səbəb olub. İş o həddə çatıb ki, Amerikanın Erməni Milli Komitəsinin rəsmi “Twitter” səhifəsində bununla bağlı tvit paylaşılıb:

“İsrailin Azərbaycandakı səfiri xristian ərəb olan Corc Dik Artsax və Ermənistan xristianlarına qarşı yüzillik Azərbaycan irqçiliyi, dözümsüzlüyü, şiddəti və müharibənin görməzdən gələrək Bakının “nifrəti qəbuledilməz” saymağını yüksək qiymətləndirib”.

Bununla belə, komitənin paylaşımını tənqid edən də olub. Belə ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis, amerikalı İrina Tsukerman paylaşımın altında belə yazıb:

“Yəni bütün xristianlar Ermənistanın təbliğat və rəsmi siyasətini izləməlidirlər? O, Ermənistanın antisemitizm, irqçilik və etnik təmizləmə tarixini də görməzdən gələ bilərmi? Yeri gəlmişkən, niyə paylaşımınızda anti-İsrail rəylərinə qarşı belə dözümlülük sərgiləyirsiniz?”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ
02.06.2020
Erməni siyasi xadim: “Hazırda Ermənistanın hüquq sistemində terror baş verir”