Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7305

Digər sorğular

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

17:04  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

"Azəriqaz" İstehsalat Birliyi bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Qazilər.az bildirir ki, bu barədə İB-dən məlumat verilib.

Qurum Ramazan bayramındakı qeyri-iş günlərində abonentlərin nəzərinə çatdırır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər.

Bundan başqa, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər.

Bildirilib ki, bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı "Azəriqaz" İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlaya bilərlər.

Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verdiyimiz kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31 tarixlərində Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək. Bir daha xatırladırıq ki, bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq:

İtirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.01.2021
Umayra Tağıyevadan qar açıqlaması
21.01.2021
20 Yanvar gecəsi fişəng atan şəxs saxlanılıb
21.01.2021
Qənirə Paşayeva şəhid Orxan Emnalıyevin ailəsi ilə görüşüb
21.01.2021
Ölkə əhalisinin sayı açıqlandı
21.01.2021
Ötən il 3106 əkiz, 117 üçəm doğulub