Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Psixoloq icra başçısını məhkəməyə verdi

19:00  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

Turanə İmanova karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir.

Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı icra başçısı Rüstəm Xəlilovu məhkəməyə verib.

Qazilər.az-ın məlumatına görə, psixoloq Arqument.az-a icra başçısını onu işdən çıxardığına görə məhkəməyə verdiyini bildirib: "İcra başçısı Rüstəm Xəlilovu məhkəməyə verdim. Artıq Hacıqabul Rayon Məhkəməsində hakim Həmid Əzizovun sədrliyi ilə hazırlıq iclası keçilib. Növbəti məhkəməmiz iyunun 2-də olacaq. İddia ərizəmdə 15 min manat təzminat, itirilmiş iş günlərimin əmək haqqısını və işə bərpanı tələb edirəm".

O deyib ki, məsələ mətbuatda işıqlandırılandan sonra icra başçısı ona və ailəsinə təzyiq etməyə başlayıb: "Mənə və ailəmə qarşı təzyiqlərə başlayıblar. Bu gün Salyan Regional Əmək Müfəttişliyindən də cavab gəlib və məni Şirvan Şəhər Əmək Müfəttişliyinə dəvət ediblər. Mən tapdanmış haqqımın bərpasını tələb edirəm”.

Xatırladaq ki, Hacıqabul Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçi psixoloqu İmanova Turanə Musəddin qızı karantin dövründə heç bir səbəb olmadan işdən çıxarıldığını deyir.

O bununla bağlı mayın 9-da prezident İlham Əliyevə müraciət edib və icra başçısını məhkəməyə verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.07.2020
Oteldə karantini pozan məşhurlar: Elçin Əlibəylinin həyat yoldaşı... — FOTO
05.07.2020
Azərbaycanda daha 523 nəfərdə COVID-19 aşkarlanıb, 9 nəfər vəfat edib
05.07.2020
Bakıda "Fairmont Baku" otelində əməliyyat keçirilir - VİDEO
05.07.2020
İcazələrin bir hissəsi ləğv edildi
05.07.2020
Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib