Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6943

Digər sorğular

Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?

18:30  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

İlahiyyatçı Hacı Fəxri Sadıqov “Report”a açıqlamasında bildirib ki, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: “Fitr sözünün ərəb dilində mənası “Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.

Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik. Hər bir müsəlmanın, istər ibadət əhli olsun, istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”.

F.Sadiqov vurğulayıb ki, Fitrə zəkatını imkansız və ailəsinin dolanışğını çətin əldə edən şəxsə vermək lazımdır: “Bu şəriət göstərişi insanın il boyu istifadə etdiyi arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun hər adam başına 3 kq ölçüsü ilə çıxarılır. Fitrə zəkatını müsəlmanın növbəti Ramazana kimi canının təminatı kimi də başa düşmək olar. Qeyd olunan vaxtda onun evinə gələn qonağın da fitrə zəkatını verməsi ev sahibinin öhdəsində olur. Aşkarda günah edən şəxsə (şərab içən, qumar və bu kimi haram yollara aludə olanlara) fitrə vermək olmaz. Əgər belə bir şəxsə fitrə verilsə, o fitrəni yenidən çıxardıb əsl sahibinə (fəqirə) vermək lazımdır”.

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: “Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir. Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası, o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən, mayın 24-də qeyd ediləcək”.

Qeyd edək ki, Azərbaycan məscidlərində koronavirus pandemiyası səbəbindən bayram namazı qılınmayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.07.2020
Bu il özəl sektorda əmək müqavilələrinin sayı artıb
03.07.2020
İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?
02.07.2020
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
02.07.2020
Ölkədə koronavirusdan sağalanların sayı 10 425 nəfərə çatdı
02.07.2020
Azərbaycanda daha 572 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib