Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

"Sədərək" Ticarət Mərkəzində nə baş verir?

13:46  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

"Sədərək" Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir.

Qazilər.az xəbər verir ki, bu barədə qaynarinfo-ya ticarət mərkəzinin icarədarları məlumat verib.

Onların sözlərinə görə, pandemiya dövründə ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. "Sədərək” rəhbərliyi birinci ay onlardan pul almayıb. Amma indi rəhbərlik icarədarları sıxışdırmağa başlayıb. "İkinci ayın pulunu verin” deyə icarədarları hədələyirlər.

Artıq iki aydır ki, ticarət mərkəzi fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı bəzi qadağaları götürsə də, ticarət mərkəzlərinin fəaliyyətinə icazə verməyib. Qadağanın nə vaxt götürüləcəyi isə bəlli deyil. Bəs hansı əsasla "Sədərək" rəhbərliyi icarədarlardan icarə haqqı tələb edir?

"Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətini rəhbəri Kəmaləddin Qədimov isə Qaynarinfo-ya açıqlamasında icarədarlardan pul tələb olunmadığını bildirdi:

"Bazar bağlıdır. Axı bağlı olan bazardan kim yer haqqı tələb edir? Olmayan yerdən pul almaq olar? Biz özümüz işə çıxmırıq. İcarədarlara bazar bağlanmamış güzəşt olunub”.

Kəmaləddin Qədimov qeyd edib ki, Oreativ Qərargah nə qərar versə, ona uyğun addımlar atılacaq.(qaynarinfo.az)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Maska taxmayanlara qarşı reyd: Cərimələnənlər var - VİDEO
04.06.2020
Ağcabədidə dənli bitki toxumlarının emalı zavodu istifadəyə verildi - FOTO
04.06.2020
Prezident Ağcabədidə taxıl biçinini izləyib - FOTOLAR
04.06.2020
Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb
04.06.2020
BNA-dan sərnişindaşıma ilə bağlı AÇIQLAMA