Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Ramazan bayramı günü hava necə olacaq? - PROQNOZ

13:33  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 24-nə olan hava proqnozunu açıqlayıb.

Qazilər.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Həftəsonu küçəyə çıxanları hansı cəza gözləyir? - VİDEO
05.06.2020
Emin Ağalarov koronavurusa yoluxubmuş - özü danışdı
05.06.2020
Azərbaycanda yeni layihə - Qızları olan ailələrə dəstək veriləcək
05.06.2020
Azərbaycanda generala ağır itki üz verdi
05.06.2020
Düşmən atəşkəsi pozub