Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

DYP-dən cərimələrin ləğviylə bağlı müraciətə münasibət - Kamran Əliyev

11:19  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

"Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib".

Qazilər.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin Yol Polisinin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyi məktubdan danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:

"O qərarlar niyə ləğv olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni, həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək inzibati xətalar məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.

Kamran Əliyev qeyd edib ki, həmin vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb:

"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.

Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
İnsanlar qorxurlar, həkimə müraciət etmirlər - VİDEO
06.06.2020
Dörd rayona dolu yağıb - FAKTİKİ HAVA
06.06.2020
Sabah 37 dərəcə isti olacaq - HAVA PROQNOZU
06.06.2020
Sabah Bakıda dezinfeksiya işləri aparılacaq
06.06.2020
YAP və Məzahir Pənahovdan xərçəngə yoluxan Mehman Hüseynova jest - FOTOFAKT