Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7007

Digər sorğular

İmtahana hazır olmayan tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA

10:06  |    23 May 2020  |   E-mail  |  Çapa göndər

İyun-iyul aylarında tələbələr yay imtahanı sessiyasında iştirak edəcəklər. Ancaq hansısa tələbə müəyyən səbəblərdən özünü hazır hiss etmirsə, bu sessiyada iştirak etməkdən imtina edə bilər.

Qazilər.az Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, bu halda həmin tələbələr üçün avqustun sonunda və sentyabrın ilk 15 günü ərzində yenidən imtahan sessiyası təşkil olunacaq:

“Ali təhsil müəssisələrinin belə bir öhdəliyi var ki, onlar həmin imtahanlardan 3-4 həftə əvvəl tələbələr üçün məsləhət saatları təşkil edəcək, əsas mövzular üzrə izahatlar verəcəklər. Buna görə tələbələrdən hər hansı ödəniş alınmayacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il tələbələr imtahan sessiyasıyalarında iştirak üçün iki dəfə şans veriləcək”.

Nazir əlavə edib ki, iyun-iyul aylarında keçiriləcək imtahanda iştirak etməyən tələbələr iyunun 5-dək ali məktəblərə müraciət edib növbəti imtahan semestri başlayanadək - şərti olaraq, ikinci imtahan sessiyasındakı imtahanlarda iştirak edəcəkləri barədə məlumat verməlidirlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.08.2020
Afaq Bəşirqızının məktəb direktoru olan gəlini ilə bağlı rəsmi açıqlama
14.08.2020
Təhsil naziri ictimaiyyətə müraciət etdi
13.08.2020
Təhsil naziri müəllim, şagird və valideynlərlə görüşdü - FOTO
13.08.2020
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
12.08.2020
Gün işığı zəif düşən otaqlarda dərs keçirilməsin - TƏKLİF