Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Qaz xəttini bərpa edən “Azəriqaz” əməkdaşlarına mane olublar

19:49  |    22 May 2020  |   E-mail  |  Çapa göndər


Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyindən məlumat verilib.

Bu gün günorta saatlarında Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində “Kənan” marketin yaxınlığında qeyri-qanuni olaraq yeri dəyişdirilmiş 108 mm diametrində qaz xəttinin əvvəlki vəziyyətə qaytarılması zamanı sakinlər “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı İdarəsinin və Təmir-tikinti İdarəsinin əməkdaşlarına mane olublar.

Bu barədə Qaziler.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, bu barədə dərhal rayon icra hakimiyyəti, ərazi üzrə polis orqanları, eləcə də Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verilib. İşi tam icra etmək mümkün olmadığından hazırda 100 abonentin qaz təminatı müvəqqəti dayandırılıb.

“Azəriqaz” bir daha bildirir ki, qaz xətlərinə və sayğaclara istənilən kənar müdaxilə qəti qadağandır. Belə hallar aşkarlandıqca ləğv olunacaq və müvafiq şəkildə hüquq-mühafizə orqanlarına rəsmi müraciətlər ediləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
Bakıda sərt karantinin ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO
05.06.2020
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış
05.06.2020
ABŞ-da polis qoca kişini əzib keçdi - VİDEO
04.06.2020
DSX Keşikçidağdakı vəziyyətlə bağlı məlumat yaydı
04.06.2020
Göyçay sakini özünü körpüdən çaya atıb - Səbəb - FOTO