Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

Oğuzda itkin düşən uşağın meyiti heyvanlar tərəfindən parçalanmayıb - TƏFƏRRÜAT

14:49  |    22 May 2020  |   E-mail  |  Çapa göndər

Oğuz rayonunun Xaçmaz kəndində meyiti tapılan 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədlinin vəhşi heyvan tərəfindən parçalanaraq öldürülməsi xəbəri yanlışdır.

Qazilər.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Oğuz rayon İcra Hakimiyyətinin Xaçmaz kənd icra nümayəndəsi Teymur Atakişiyev deyib.

İcra nümayəndəsi bildirib ki, uşağın meyitində parçalanma yoxdur:

"Uşaq dünən su açmaq adı ilə arxa gedib. Arx kəndin kənarındakı meşənin içərisindədir. Arxın yanında velosipedi qalıb, özü isə yoxa çıxıb. Dünən gecə səhərə qədər rayon polis şöbəsinin, İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və 700 nəfərə yaxın kənd sakini ilə birlikdə meşədə axtarış aparmışıq. Mayın 22-də səhər saat 10 radələrində uşağın meyiti velosipedi saxladığı yerdən təxminən 1 kilometr aralı, meşənin içərisindəki çayın kənarında aşkarlanıb.

Uşağın meyitinin parçalanması, hissələrə bölünməsi ilə bağlı deyilənlər tam yalandır. Onun baş-beyin nayihəsində xəsarət var. Başında çapıq var idi, qulaqlarından qan gəlmişdi. Uşağın paltarları da əynindədir, corabları da, ayaqqabısının biri yoxdur. Həmçinin üz-gözündə, bədənində, sıyrılma və cırılma, paltarlarında parçalanma izi yoxdur. Uşağın başındakı çapıq vurmaqla yıxılma, daşa dəymə xəsarətlərinə də oxşayır. Amma, meyitin vəhşi heyvan tərəfindən parçalanması iddiası yalandır".

T. Atakişiyev deyib ki, hazırda meyit ekspertizaya göndərilib və hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirilir: "Hələlik hadisə ilə bağlı kiminsə təqsirləndirilməsi, saxlanılması barədə məndə məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır".

Xatırladaq ki, mayın 21-də oğuz rayonunun Xaçmaz kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədli yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Mayın 22-də səhər saatlarında onun meyiti yaşadığı ərazinin yaxınlığındakı meşədə aşkarlanıb. İlkin ehtimala görə, meyit vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb
28.05.2020
Xaçmazda hadisə: Polisdən yayınmaq üçün özünü yerə çırpıb öldürdü
28.05.2020
Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi - SƏBƏB
27.05.2020
Markaryanın Bakıdakı qohumları kimdir?
27.05.2020
Xaçmazda kişinin üstünə benzin töküb yandırdılar