Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Bu duanı daha 50 nəfərə göndər ki...” kimi dini mesajlar nəyə xidmət edir?

15:53  |    22 May 2020  |   E-mail  |  Çapa göndər

“Whatsapp” sosial şəbəkəsi vasitəsilə yayılan mesajlar, “bu mesajı 12 nəfərə göndərməsən səni bəla gözləyir və yaxud göndərsən sevinəcəksən” kimi mətnlərin hər hansı dini əsası yoxdur.

Qazilər.az bildirir ki, bunu Trend-ə açıqlamasında dinşünas Elvüsal Məmmədov deyib.

O bildirib ki, bu cür yanaşmalar dində doğru deyil. Ümumiyyətlə din bu cür şeyləri dəstəkləmir:

“Bu, müəyyən kütlələr arasında daha çox dini məlumatsızlığın doğurduğu bir haldır. İnsanlar xəbərin mənbəyini araşdırmadan dinə olan sadəlövh baxışları səbəbindən, bu cür mesajları paylaşmağa başlayırlar. Bəzən isə kimsə bu məlumatları paylaşmayanda onu qınamağa başlayırlar.

Ümumiyyətlə insanın arzusunun qəbul olunub-olunmaması belə aşkar və populist davranışlarla ölçülən bir şey deyil. İnsan arzularının qəbulu Allah ilə bəndə arasında olan bir şeydir və o da müəyyən şərtlərlə əlaqəlidir. Bu cür mesajları alanlar başa düşməlidir ki, dində belə bir qayda yoxdur. Yəni dinimizdə bu kimi anlayış yoxdur ki, mən kiminsə üçün dua etmək öhdəçiliyi daşıyıram. Dua insanın daxilindən gələn, öz istəyi ilə baş verən bir şeydir. Yəni duanı məcburiyyət halına gətirmək doğru deyil”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.06.2020
2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq