Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Mədəniyyət nazirini əvəz edən şəxs kimdir: Keçmiş icra başçısı və...

16:09  |    22 May 2020  |   E-mail  |  Çapa göndər

Xəbər verdiyimiz kimi, Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. Bu gündən nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

Qazilər.az xəbər verir ki, Vaqif Qədir oğlu Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləyib.

2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq, Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Vaqif Əliyev həm də fizika-riyaziyyat elmləri namizədidir.

Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, məşhur “91”lər müaraciətinin təşəbbüskarlarındandır.

Partiya yaranan gündən onun İdarə Heyətinin üzvüdür.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Prezident: "Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır"
03.06.2020
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
03.06.2020
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub
03.06.2020
Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub
03.06.2020
İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı