Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6886

Digər sorğular

Bu gün Türkiyədən 174 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

16:42  |    22 May 2020  |   E-mail  |  Çapa göndər

Bu gün Türkiyədən 174 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunacaq.

Qazilər.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elvin Süleymanlı məlumat verib.

O bildirib ki, Azərbaycan vətəndaşlarının təxliyəsi İstanbuldan çarter reysi ilə həyata keçirilir: “Bu gün Azərbaycan vətəndaşlarının ölkəyə təxliyəsi üçün növbəti çarter reysi təşkil olunur. Bundan öncə 215 vətəndaşımızın ölkəyə qayıtması təmin edilib. Bu gün isə daha 174 vətəndaşımız ölkəyə gətiriləcək”.

E. Süleymanlı qeyd edib ki, Türkiyədəki azərbaycanlıların ölkəyə qayıtması üçün edilən müraciətlər operativ şəkildə dəyərləndirilir: “Aralarında yaşlılar, xəstələr, körpə uşaqları olan və çətin vəziyyətdə olan ailələr daha tez yola salınır”.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Azərbaycanla Türkiyə arasında hava və quru sərhədlərində gediş-gəliş martın 15-dən müvəqqəti olaraq dayandırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Bu qadağalar hələ də qüvvədədir - SİYAHI
29.05.2020
Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
29.05.2020
Azərbaycanda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bərpa olunur
29.05.2020
Azərbaycanda karantin rejiminin müddəti yenidən uzadıldı - RƏSMİ
29.05.2020
Azərbaycanda dayanacaqlarda maskadan istifadə məcburi oldu