Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7079

Digər sorğular

"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO

16:57  |    22 May 2020  |   E-mail  |  Çapa göndər

Xaçmaz rayon sakini Məryəm Mütəllim qızı İmanquliyeva xüsusi karantin dövründə 190 manat birdəfəlik ödənişi almaq üçün e-sosial.gov.az portalından qeydiyyatdan keçib.

Bir neçə gündən sonra ona imtina gəlib. Səbəb isə 20 il bundan əvvəl həyat yoldaşının vəfat etməsi və himayəsində 4 azyaşlı körpəsi olduğu üçün ona ailə başçısını itirdiyinə görə 233 manat müavinət təyin edilməsi göstərilib. Lakin Məryəm İmanquliuyeva heç vaxt müavinət almadığını bildirib.

M.İmanquliuyeva "Report"a bildirib ki, 2000-ci ildə Sosial Müdafiə Mərkəzinin Xaçmaz Rayon İdarəsinə müraciət edib:

“O zaman həmin idarədə Bağır adlı işçi var idi. Məni o qəbul etmişdi və bütün sənədlərimi təqdim etdikdən sonra ailə başçısını itirdiyimə və himayəmdə dörd azyaşlı körpəm olduğuna görə müavinət ala biləcəyimi bildirdi. Bunun üçün isə yoldaşımın Sumqayıtdakı iş yerinə gedib əmək kitabçasını gətirməli olduğumu dedi. Mən onun dediyi bütün sənədləri hazırlayıb, bir neçə gündən sonra yenidən həmin idarəyə gedərək Bağır müəllimə verdim. Lakin müavinət ala bilmədim. Sənədlərimi təqdim etdiyim vaxtdan 1 il sonra mənə bildirildi ki, qanunda dəyişiklik olub və yeni qanunlara əsasən, mənə həmin müavinət verilməyəcək”.

M.İmanquliyeva qeyd edib ki, onun almalı olduğu müavinət 20 ildir Sosial Müdafiə Mərkəzinin Xaçmaz Rayon İdarəsinin əməkdaşları tərəfindən mənimsənilir. O, buna görə də baş verən hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.09.2020
Sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi yaxın günlərdə aparılacaq
23.09.2020
Əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanır
22.09.2020
Sabah bu ərazilərdə qaz olmayacaq
22.09.2020
Əlilliyi olan 866 şəxsə səyyar xidmət göstərilib
21.09.2020
Daha 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olundu - FOTO