Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

“Əminliklə demək olar ki, müharibə olacaq, ancaq...”

19:41  |    21 May 2020  |   E-mail  |  Çapa göndər


“Rusiya bu savaşın başlanmasında ən maraqsız tərəfdir, çünki...”

“Həqiqətən də, Ümumdünya Səhiyyə Təşkilatı baş vermiş infeksiyanın pandemiyaya çevrildiyini elan etdiyi şəraitdə belə irimiqyaslı təlimlərin keçirilməsi müəyyən bir istehza doğurur. Azərbaycan göstərmək istəyir ki, istənilən, hətta ən fəlakətli vəziyyətdə də Qarabağ probleminin həlli onun əsas vəzifəsi olaraq qalır. Bəli, bu, sona qədər getmək üçün güc və qətiyyət nümayişidir...”

Moderator.az xəbər verir ki, bu fikirləri “XXI əsr texnologiyalarına dəstəyin inkişafı” fondunun direktoru İvan Konovalov “Ermənistanın səsi” nəşrinin suallarını cavablandırarkən ifadə edib.

“Ümumiyyətlə, baxsanız, Cənubi Qafqaz və Böyük Yaxın Şərq bölgəsində nisbi sakitlikdir. Bu, Türkiyənin Suriyadakı hərəkətlərinə də aiddir. Gərginliyin azalması, münaqişələrin "sakitləşməsi" nə Türkiyəyə, nə də Azərbaycana sərf edir. Bu mənada Azərbaycan həm özü üçün, həm də onun əsas müttəfiqi - Türkiyə üçün "işləyir" və barıtını daim quru saxladığını göstərir. Təbii ki, “düşmənin əməliyyat dərinliyinə” raket-artilleriya, aviasiya və yüksək dəqiqlikli silahların kütləvi zərbələri ilə müşayiət olunan müstəsna dərəcədə hücum xarakterli olan bu cür bahalı təlimlərin konkret məqsədləri var; vergi ödəyicisi və orta statistik vətəndaş üçün də xüsusi motivasiya olmalıdır...

Əminliklə söyləmək olar ki, regionda müharibə olacaq. Ancaq tam olaraq nə vaxt – mürəkkəb bir sualdır. 2016-cı il hadisələri bunu göstərdi və sübut etdi. Münaqişə elə-belə həll edilə bilməz. Azərbaycan ordusu müharibəyə hazırlaşır və bunu başa düşmək lazımdır. Təbii ki, bu cür təlimlər informasiya yükü daşıyır və hədəf auditoriyasına malikdir. Bir tərəfdən bu təlimlər daxilə hesablanmış mesajdır, digər tərəfdən də xarici aktorlara - ABŞ, Avropa Birliyi və Türkiyəyə yönəlmişdir. Rusiya bu siyahıda deyil. Moskva müharibənin başlanmasında ən maraqsız tərəfdir, çünki lap qulağının dibində başqa bir, lazımsız alovu söndürmək istəyi ilə yanmır...”

Politoloq Rusiyanın dəstəyi, o cümlədən 102-ci baza olmadan Ermənistan dövlətçliyinin təhlükə qarşısında qalacağını da dolayısıyla işğalçı ölkə ictimaiyyətinin nəzərinə çatdırıb.

“Moskvada Paşinyanın siyasəti ilə bağlı qeyri-müəyyənlik var. “Ermənistanın Rusiya ilə strateji tərəfdaşlığı inkişaf etdirməyə və Avrasiya İqtisadi Birliyində maksimum məhsuldar iştirak etməyə qərarlı olduğu" barədə fikirlər inandırıcı deyil. Bəzi tamamilə açıq qüvvələr 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılması mövzusunu qızışdırır. Artıq demişəm, bu hərbi bazanın döyüş potensialını artırmaq nə üçün lazımdır? Yalnız bir səbəbə görə. Bu, bəzi xarici aktyorların, xarici qüvvələrin bu güc artımını düzgün qiymətləndirməsi üçün edilməlidir. Vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyi təqdirdə Rusiyanın bu bazanı Ermənistanın dövlətçiliyini və Rusiya ilə Ermənistan arasındakı münasibətləri qorumaq üçün əsas kimi təqdim etməyə hazır olduğunu açıq şəkildə bildirməsi üçün. Ancaq aydın deyil bunu Ermənistanda tam şəkildə anlayırlar, yoxsa yox?..» - deyə İ.Konovalov sual edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi