Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

Sabahın HAVA PROQNOZU

13:08  |    21 May 2020  |   E-mail  |  Çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Qazilər.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilə məlumatına əsasən, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
03.06.2020
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub
03.06.2020
Prezident İlham Əliyev Ağdamda hərbi hissədə olub
03.06.2020
İki müəssisənin fəaliyyəti məhdudlaşdırıldı
03.06.2020
Nazirlər Kabineti rəsmisindən sərhədlərin açılması ilə bağlı VACİB AÇIQLAMA