Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Üç xanımın ölümünə səbəb olan Sirus Qoçqani ilə bağlı FAKT - FOTO

11:45  |    21 May 2020  |   E-mail  |  Çapa göndər

Məlum olduğu kimi Baku Medikal Plazanın Babək filialında, 11 may 2020-ci il tarixdə həmin klinikanın həkimi Sirus Qoçqani tərəfindən icra edilmiş növbəti plastik-estetik cərrahiyyə əməliyyatı ölümlə nəticələndi.

Qəbələ rayon sakini, 24 yaşlı Turanə Musazadə klinikada bu günədək qanunsuz çalışan Sirus Qoçqaninin növbəti qurbanı oldu. Bundan öncə isə Sirus Qoçqaninin uğursuz əməliyyatlar seriyası 2017-ci ildə model Leyla Oruclunun, 2019-cu ildə isə həkim-ginekoloq Sona Gürgün Vəliyevanın həyatına son qoymuşdur.

Mərhumlar Sona Gürgün Vəliyeva və Turanə Musazadənin ailə üzvlərinin hüquqi nümayəndəsi BAKU.WS-ə açıqlamasında adıçəkilən həkimin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyini bildirdi:

"Birmənalı şəkildə bəyan edirəm ki, həkim Sirus Qoçqaninin ölümlə nəticələnən əməliyyatları icra etməyə dair hüququ olmayıb. Hər üç şəxsin ölümündə onun təqsiri müəyyən olunub və bu, mübahisə edilməzdir. Ona görə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 06.03.2020-ci il tarixli rəsmi açıqlamasına əsasən, bəlli olmuşdur ki, həkim Sirus Qoçqani Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt səhiyyə mütəxəssislərinin sertifikasiyasından keçməmişdir.

Məlum olduğu kimi Baku Medikal Plazanın Babək filialında, 11 may 2020-ci il tarixdə həmin klinikanın həkimi Sirus Qoçqani tərəfindən icra edilmiş növbəti plastik-estetik cərrahiyyə əməliyyatı ölümlə nəticələndi. Qəbələ rayon sakini, 24 yaşlı Turanə Musazadə klinikada bu günədək qanunsuz çalışan Sirus Qoçqaninin növbəti qurbanı oldu. Bundan öncə isə Sirus Qoçqaninin uğursuz əməliyyatlar seriyası 2017-ci ildə model Leyla Oruclunun, 2019-cu ildə isə həkim-ginekoloq Sona Gürgün Vəliyevanın həyatına son qoymuşdur.

Mərhumlar Sona Gürgün Vəliyeva və Turanə Musazadənin ailə üzvlərinin hüquqi nümayəndəsi BAKU.WS-ə açıqlamasında adıçəkilən həkimin Azərbaycanda qanunsuz fəaliyyət göstərdiyini bildirdi:

"Birmənalı şəkildə bəyan edirəm ki, həkim Sirus Qoçqaninin ölümlə nəticələnən əməliyyatları icra etməyə dair hüququ olmayıb. Hər üç şəxsin ölümündə onun təqsiri müəyyən olunub və bu, mübahisə edilməzdir. Ona görə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 06.03.2020-ci il tarixli rəsmi açıqlamasına əsasən, bəlli olmuşdur ki, həkim Sirus Qoçqani Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində heç vaxt səhiyyə mütəxəssislərinin sertifikasiyasından keçməmişdir.

Belə olan halda isə qeyd etmək mümkündür ki, Sirus Qoçqani hər 3 şəxsin həyatını əsassız riskə məruz qoyaraq onların barəsində ölümlə nəticələnən əməliyyatlar icra etmişdir. Nəzərə alsaq ki, Sirus Qoçqani özəl tibbi praktiki fəaliyyətlə məşğul olmur və son 2 əməliyyat Baku Medikal Plazada reallaşıb, bu baxımdan klinikanın direktoru Pərviz Şükürovun da məsuliyyəti istisna olunmur. Çünki məhz bu şəxs Sirus Qoçqanini sertifikasiya sənədi olmadan əmək fəaliyyətinə cəlb etmişdir. Əmək Məcəlləsinin 67-1-ci maddəsi və Əhalinin Sağlamlığının Qorunması haqqında Azərbaycan Respublikasının qanunu isə “sertifikasiyadan keçməyən tibb işçilərinin praktiki tibbi fəaliyyətini qadağan edir.

Bu günə qədər istər klinika rəhbərliyinə, istərsə də şəxsən Sirus Qoçqaninin özünə rəsmi sənədlərlə bağlı müraciət edilməsinə baxmayaraq, onlar bu müraciətlərə əsaslı və əyani şəkildə cavab verməkdən yayınıblar. Bu isə onu göstərir ki, ortada bir saxtakarlıq, bir qanunsuzluq mövcudur. Mən isə öz mühakiməmi rəsmi fakta istinadən həyata keçirirəm".

Qeyd edək ki, "Baku Medical Plaza”nın mətbuat xidmətinin rəhbəri Aysel Rzayeva mətbuata açıqlamasında bildirib ki, əməliyyat zamanı pasiyentlərin ölümünə səbəb olan plastik cərrah Siruz Qoçqani artıq plastik-cərrahiyyə əməliyyatlarına buraxılmır, lakin onun klinikada fəaliyyətinə xitam verilməyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Marketlərdə çörək tapılmır - VİDEO
05.06.2020
“Avtomobillər kamera vasitəsilə avtomatik cərimələnəcək“ - Kamran Əliyev
05.06.2020
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - Deputatdan REAKSİYA
05.06.2020
“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”
05.06.2020
Türkiyədə koronavirusa yoluxma sayı 168 mini keçdi