Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Donbasda Ukraynanın polkovniki öldürüldü

11:33  |    21 May 2020  |   E-mail  |  Çapa göndər

Ukraynanın Donbas bölgəsinin Luqansk vilayətində döyüş tapşırığını yerinə yetirərkən polis patrul xidmətinin xüsusi təyinatlı “Luqansk-1” taborunun komandiri, polkovnik Sergey Qubanov həlak olub.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu Luqansk Vilayət Polisi açıqlayıb.

Məlumata görə, S.Qubanovla birgə hərəkət edən 3 silahdaşı qəlpə yarası alıblar.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Qeyd edək ki, daha öncə separatçı “Luqansk Xalq Respublikası”nın başçısı Leonid Paseçnik Ukraynanı yeni hücumla təhdid etmişdi.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Ermənistan artıq korona ilə bacarmır - Paşinyan
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat